Tovuz Şəhər Stadionu

“Turan Tovuz” ev oyunlarını Tovuz şəhər stadionunda keçirir.
1979-cu ilin sentyabr ayının 5-də Tovuz şəhər stadionu istifadəyə verilib. Həmin
gün “Məhsul” ilə “Neftçi” komandası arasında yoldaşlıq görüşü keçirilib. 1981-ci
ildə stadionda əsaslı təmir işləri aparıldıqdan sonra areanın açılış mərasimi
keçirilib.
1992-ci ildə “Turan” komandasının yaradıcısı Vidadi Əhmədov komandanı
gücləndirməklə yanaşı Mərkəzi stadiondada tikinti-quraşdırma işlərini həyata
keçirib. Həmin dövrdə ilk dəfə tribunanın üstü örtülüb. 2004-cü ildə Tahir
Yusifovun rəhbərliyi dövründə dövlətin maliyyə dəstəyi ilə stadion ərazisində
tikintisi yarımçıq qalmış baza istifadəyə verilib və stadionda yenidənqurma işləri
aparılıb.
2021-ci ildə stadionda yenidənqurma işləri aparılıb. Müasir tələblərə cavab verən
akademiya binası futbolçuların ixtiyarına verilib.
Baş sponsor “Huner Group”un gəlişindən sonra stadionda əsaslı yenidənqurma
işləri həyata keçirilib. Elektron tablo, çəkiliş meydançaları, müasir standartlara
cavab verən projektorlar quraşdırılıb. Media sector, SKY BOX-lar və VİP loja əsaslı
təmir olunub.
Futbolçuların sərəncamına aşağıdakı qurğular istifadəyə verilib.

AKADEMİYA

• Akademiya otaqları: 11 otaq – 70 nəfərlik
• Əsas komanda üçün otaqlar: 16 otaq – 30 nəfərlik
• 2 restoran, 2 mətbəx
• Fitnes, sauna, paltardəyişmə otağı
• Həkim otağı
• İclas otağı
• 11 nəfərlik ofis otağı
• Çamaşırxana
• Texniki və xidməti otaqlar
• 4 mini meydança (1 ədədi qapalı)
(bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub)

STADİON

• 4 paltardəyişmə otağı
• Mətbuat konfransı otağı
• Media iş otağı
• Tibb otağı
• Dopinq-nəzarət otağı
• Nümayəndə otağı
• Hakim otağı
• 2 Sky-Box
• Texniki otaqlar
(bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub)
Stadionunun tutumu 6040 nəfərdir. Tovuz rayon, Abulbəyli kəndi, Ramiz Mirzəyev
küçəsi 34 ünvanında yerləşir.