Enrike Silva “Turan Tovuz”da

Son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib. Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.

İbrahima Vadji “Turan Tovuz”da

İbrahima Vadji “Turan Tovuz”da Son olaraq Fransa təmsilçisi “Sent-Etyen”də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. 30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə “Qaziantep BB”, Norveçdə “Molde” və “Hauqesund”, ölkəmizdə isə “Qarabağ”ın formasını geyinib.

Filip Ozobiç “Turan Tovuz”da 

Filip Ozobiç “Turan Tovuz”da  Son olaraq “Neftçi”nin şərəfini qoruyan yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”da da forma geyinib. Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.

Oleq Baklov “Turan Tovuz”da

Oleq Baklov “Turan Tovuz”da Son olaraq “UFA”da çıxış etmiş 201 sm boya malik əlcək sahibi Rusiyada “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib. Tacikistan millisinin qapısını qoruyan 30 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb

Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.

Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib. Filip Şarplazın rəhbərlik etdiyi “Caspian Sport and Landscape” şirkəti ilə anlaşmaya əsasən süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçiriləcək. Bundan sonra torpaq hissəsinin yerləşdirilməsinə və müasir standartlara cavab verən təbii ot örtüyünün salınmasına başlanacaq. İşlərin oktyabr ayının sonuna kimi tamamlanması nəzərdə… Continue reading Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.

Roberto Olabe “Turan Tovuz”da 

Roberto Olabe “Turan Tovuz”da  İspaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 2018-ci ildə Madrid “Atletiko”sunun heyətində UEFA Superkubokunu başı üzərinə qaldıran Olabe “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo”, “Estremadura”, “İbiza” klublarının formasını geyinib. 29 yaşlı futbolçu bir mövsüm Portuqaliyada legioner həyatı yaşayıb. O, “Tondela”nın heyətində 17 oyunda meydana çıxıb.

David Tavareş “Turan Tovuz”da

David Tavareş “Turan Tovuz”da Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareş ilə 3 illik müqavilə imzalanıb. “Benfika”nın yetirməsi olan yarımmüdafiəçi son olaraq Rumıniya təmsilçisi “Buzau”nun formasını geyinib. 26 yaşlı futbolçu Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.