Komandamız Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu keçirib.

Komandamız Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu keçirib. Mərakeş təmsilçisi “Vidad”la oyunun ilk hissəsində qol vurulmayıb. Baş məşqçimiz Kurban Berdıyev ikinci hissədə əsasən gənclərdən ibarət heyəti meydana buraxıb. Komandamız 81-ci dəqiqədə buraxdığı qolla meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Qeyd edək ki, Türkiyə toplanışını başa vuran komandamız sabah Vətənə dönəcək.

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər yekunlaşıb.

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər yekunlaşıb. 4 gün davam edən seçimlərdə ölkəmizin müxtəlif bölgələrindən 300-dən çox uşaq iştirak edib. 25 nəfərlik məşqçi heyətinin fərdi və komanda qiymətləndirməsinə əsasən 25 nəfər akademiyaya üzv qəbul olunub.