Milliyə dəvət

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib. Millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb. Portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə “Turan Tovuz”dan Xəyal Nəcəfovu da dəvət edib.

Əfsanələr yenidən yaşıl meydanda!

Çempionluğun və “Turan”ın ölkəmizi ilk dəfə “Fənərbaxça” ilə oyunlarda qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar olaraq “Turan” və “Kəpəz”in veteran futbolçuları arasında yoldaşlıq oyunu keçiriləcək. Oyun 11 noyabr tarixində saat 15:00-da Tovuz şəhər stadionunda baş tutacaq. Futbol əfsanələrini yenidən yaşıl meydanda görmək istəyən hər kəsi stadionumuzda gözləyirik!