Futbolçumuz Faiq Hacıyev cərrahiyə əməliyyatı olunub.

Futbolçumuz Faiq Hacıyev cərrahiyə əməliyyatı olunub. Futbolçumuz Faiq Hacıyev cərrahiyə əməliyyatı olunub. Sol qasıq kanalında yırtıq diaqnozu qoyulan futbolçunun əməliyyatı uğurlu keçib. İstanbulda Türkiye xəstəxanasında baş tutan əməliyyatdan 2 gün sonra futbolçu ev şəraitində mülicəyə buraxılacaq. O, həkimlərin rəyindən asılı olaraq təxminən bir həftə sonra fərdi məşqlərə başlaya biləcək.

Baş məşqçimiz Kurban Berdıyevin “Neftçi” ilə oyun haqda fikirləri

“İki fərqli hissə oldu. Birinci hissədə futbolçular bir qədər həyəcanlandılar. Lazım olan aqressiyanı göstərə bilmədilər. İkinci hissədə daha aktiv və aqressiv oyun oldu. İkinci hissəni götürsək oyundan razı qaldıq. Hər kəs aktiv və yaxşı oynadığına görə dəyişiklik etmədim. Zədəsi olmasına baxmayaraq sonda Milleri oyuna buraxdım. Onunla danışmışdıq ki, ehtiyac olarsa sonlarda meydana çıxa bilər”.

“Turan Tovuz” – “Neftçi” oyununun biletləri satışda!

“Turan Tovuz” – “Neftçi” oyununun biletləri satışda! Biletləri bu gündən etibarən stadionumuzun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz. Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır. Oyun 21 dekabr tarixində, saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq. Hər birinizi komandamıza dəstək olmağa dəvət… Continue reading “Turan Tovuz” – “Neftçi” oyununun biletləri satışda!

“Turan Tovuz” Futbol Akademiyası seçimlərə başlayır!

Seçimlər Tovuz şəhər stadionunda 5, 6, 7, 8 yanvar tarixlərində keçiriləcək. 5-6 yanvar tarixlərində 2011, 2012, 2013 və 2014-cü il, 7-8 yanvar tarixlərində isə 2007, 2008, 2009 və 2010-cu il təvəllüdlü futbolçuların seleksiyası həyata keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular öncədən qeydiyyatdan keçməlidirlər. Bunun üçün aşağıda göstərilən əlaqə nömrələrinə və ya email ünvanına adını, soyadını… Continue reading “Turan Tovuz” Futbol Akademiyası seçimlərə başlayır!

“Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası”

İdmanla məşğul olmaq “sağlam bədəndə sağlam ruh” şüarının əsası kimi çıxış edir. İdmanın ictimai nüfuzunun və populyarlığının artmasında idman yarışlarının təşkili və keçirilməsi önəmli rola malikdir. İdman yarışlarında manipulyasiya halları isə cəmiyyətin idmana olan marağını azaltmaqla yanaşı, idmana və idmançıya qarşı olan ictimai inam və etimadın azalmasına da səbəb olur. “Danışılmış oyunlar və oyun nəticələrinin… Continue reading “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası”