Enrike Silva “Turan Tovuz”da

Son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib. Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.

Komandamız Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu keçirib.

Komandamız Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu keçirib. Mərakeş təmsilçisi “Vidad”la oyunun ilk hissəsində qol vurulmayıb. Baş məşqçimiz Kurban Berdıyev ikinci hissədə əsasən gənclərdən ibarət heyəti meydana buraxıb. Komandamız 81-ci dəqiqədə buraxdığı qolla meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Qeyd edək ki, Türkiyə toplanışını başa vuran komandamız sabah Vətənə dönəcək.

İbrahima Vadji “Turan Tovuz”da

İbrahima Vadji “Turan Tovuz”da Son olaraq Fransa təmsilçisi “Sent-Etyen”də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. 30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə “Qaziantep BB”, Norveçdə “Molde” və “Hauqesund”, ölkəmizdə isə “Qarabağ”ın formasını geyinib.

Filip Ozobiç “Turan Tovuz”da 

Filip Ozobiç “Turan Tovuz”da  Son olaraq “Neftçi”nin şərəfini qoruyan yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”da da forma geyinib. Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər yekunlaşıb.

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər yekunlaşıb. 4 gün davam edən seçimlərdə ölkəmizin müxtəlif bölgələrindən 300-dən çox uşaq iştirak edib. 25 nəfərlik məşqçi heyətinin fərdi və komanda qiymətləndirməsinə əsasən 25 nəfər akademiyaya üzv qəbul olunub.

Oleq Baklov “Turan Tovuz”da

Oleq Baklov “Turan Tovuz”da Son olaraq “UFA”da çıxış etmiş 201 sm boya malik əlcək sahibi Rusiyada “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib. Tacikistan millisinin qapısını qoruyan 30 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb

Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.

Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib. Filip Şarplazın rəhbərlik etdiyi “Caspian Sport and Landscape” şirkəti ilə anlaşmaya əsasən süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçiriləcək. Bundan sonra torpaq hissəsinin yerləşdirilməsinə və müasir standartlara cavab verən təbii ot örtüyünün salınmasına başlanacaq. İşlərin oktyabr ayının sonuna kimi tamamlanması nəzərdə… Continue reading Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.