Tovuz futbolunun tarixi missiyasını rəhbər tutaraq klubumuz uşaq futboluna
xüsusi diqqət yetirir.
16 yanvar 2021-ci il tarixdə “Turan Tovuz” klubunun nəzdində FIFA və UEFA-nın
maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş futbol akademiyasının açılış
mərasimi keçirilib. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Tovuz Rayon
İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti
Elxan Məmmədov, Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev
və “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Oqtay Abdullayev iştirak ediblər.
Akademiyanın tikintisinə FIFA və UEFA tərəfindən 3.5 milyon AZN, AFFA
tərəfindən isə 800 min AZN (FIFA və UEFA 81 faiz, AFFA 19 faiz) maliyyə vəsaiti
ayrılıb. Tikinti prossesində elan olunmuş tenderlər vasitəsilə ayrı-ayrlıqda 19 şirkət
iştirak edib. Sərf olunmuş vəsait akademiyanın ərazisində inşa olunmuş inzibati
binalara, eyni zamanda dörd futbol meydançasına və sair işlərə sərf olunub.
Burada uşaqların inkişafı üçün hər cür şərrait yaradılıb.
Akademiyada 250-dən çox futbolçunun inkişafı üçün 20-dən çox peşəkar məşqçi,
texniki və tibbi personal çalışır. Akademiyaya qəbul 6 yaşdan başlayır. U-10, U-11,
U-12, U-13, U-14, U-15, U-16, U-17, U-19 və qızlardan ibarət U-15 komandaları
AFFA tərəfindən təşkil olunan çempionatlarda iştirak edirlər. Uzun müddətdən
sonra Tovuzda qadın futbolunun inkişafı üçün addımlar atılıb. Komanda AFFA
tərəfindən təşkil edilən rəsmi yarışda uğurla çıxış edir.
10-dan çox futbolçu müvafiq yaş qrupu üzrə Azərbaycan milli komandalarında
çıxış edir.