KİV nümayəndələrinin nəzərinə
Hörmətli KİV nümayəndələri! Aprelin 21-i saat 13:00-da Kürdəxanı qəsəbəsində inşası davam edən Hünər təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçiriləcək.
Sizi bu tədbirə dəvət edirik.
Qeyd edək ki, ümumi sahəsi 5 hektardan böyük olan Kürdəxanı layihəsində əsas korpusun inşası ilə yanaşı daha 2 təbii örtüklü meydança salınacaq.
İstismara verilən meydança isinmə hərəkətləri üçün ayrıca təbii ot örtüklü zona, buz hovuzu, sauna, toplantı və iclas zalları, soyunub-geyinmə otaqları, sanitar qovşaq, həkim və masaj otağı, 3 mərtəbədən ibarət izləmə və çəkiliş qülləsi, müasir standartlara uyğun qazanxana, suvarma sistemi ilə təmin olunub.
KİV nümayəndələrinin nəzərinə
