Komandamız Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu keçirib. Mərakeş təmsilçisi “Vidad”la oyunun ilk hissəsində qol vurulmayıb. Baş məşqçimiz Kurban Berdıyev ikinci hissədə əsasən gənclərdən ibarət heyəti meydana buraxıb. Komandamız 81-ci dəqiqədə buraxdığı qolla meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Qeyd edək ki, Türkiyə toplanışını başa vuran komandamız sabah Vətənə dönəcək.
Komandamız Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu keçirib.
