İbrahima Vadji “Turan Tovuz”da 

Son olaraq Fransa təmsilçisi “Sent-Etyen”də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. 30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə “Qaziantep BB”, Norveçdə “Molde” və “Hauqesund”, ölkəmizdə isə “Qarabağ”ın formasını geyinib.