Baş məşqçimiz Kurban Berdıyev “Rubin” klubunun qonağı olub.
O, Rusiya Premyer Liqasının 26-cı turunda keçirilən “Rubin” – “Fakel” oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib. Kurban Berdıyev simvolik olaraq oyunda ilk toxunuşu yerinə yetirib.
Baş məşqçimizə “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.