Əsas komandamızın qış hazırlıq planı bəlli olub

Əsas komandamızın qış hazırlıq planı bəlli olub

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə komandamız yanvarın 4-də Antalyaya yollanacaq. Kemer bölgəsindəki “Sherwood Exclusive” otelində məskunlaşacaq “Turan Tovuz” ayın 13-dək burada hazırlığını davam etdirəcək. Baş məşqçimiz Kurban Berdıyev hazırlıq çərçivəsində 2 yoxlama oyununda komandanı sınaqdan keçirəcək.
Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunları haqda əlavə məlumat veriləcək.