Seçimlər Tovuz şəhər stadionunda 5, 6, 7, 8 yanvar tarixlərində keçiriləcək.
5-6 yanvar tarixlərində 2011, 2012, 2013 və 2014-cü il, 7-8 yanvar tarixlərində isə 2007, 2008, 2009 və 2010-cu il təvəllüdlü futbolçuların seleksiyası həyata keçiriləcək.
Seçimlərdə iştirak etmək istəyən futbolçular öncədən qeydiyyatdan keçməlidirlər. Bunun üçün aşağıda göstərilən əlaqə nömrələrinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəxsiyətini təsdiq edən sənədi gətirməlidirlər.
Tel: 055 706 55 94 (Elxan Abdıyev), 055 714 51 01(Kamal Ələkbərov), 055 872 65 42 (Həsən Həsənov)
Email: [email protected]
Seçimlər 5 yanvar tarixində, saat 10:00-da başlayacaq.
Seçimlərə qatıl, gələcəyin ulduzu olmaq imkanı əldə et!